AZ

Miri Yusif həbs olunubmuş: İnzibati cəza almışdım

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Xalq artisti Miri Yusif illər əvvəl Amerika Birləşmiş Ştatlarında həbs edilməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. Sənətçi qeyd edib ki, hadisə 2006-cı ildə baş verib və o, bu faktı heç vaxt gizlətməyib. Məsələyə münasibət bildirən ifaçı həmin vaxt həbs olunmadığını, sadəcə inzibati cəza aldığını vurğulayıb.Miri Yusif baş verənləri gənclik illərinin bir xatirəsi kimi xatırladığını və bu mövzunun yenidən gündəmə gəlməsinin onda nostalji hisslər yaratdığını qeyd edib. O bildirib ki, həmin hadisədən sonra Azərbaycana qayıdıb və yaradıcılıq fəaliyyətini burada davam etdirib. Sənətçi xatırlatdığı bu xatirəyə görə mövzunu müzakirə edənlərə təşəkkürünü də ifadə edib."İndi xatırlayanda gülməli gəlir, çünki o vaxtlar çox cavan idim. Təbii ki, həbsdə olmamışam, sadəcə inzibati cəza almışdım. Daha sonra isə Azərbaycana qayıtmışam.Hazırda bu mövzunun yenidən gündəmə gətirilməsi məni cavanlıq illərinə qaytardı. Çox sağ olun, bir az nostalji hisslər bəxş etdiniz mənə".(news24.az)Demokrat.az

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
demokrat.az

1Mənbələr