AZ

Avropa Komissiyası Ukraynaya 90 mlrd. avroluq kreditin ilk tranşının ödənişini təxirə salıb

Avropa Komissiyası Ukrayna üçün nəzərdə tutulan 90 milyard avroluq kredit çərçivəsində ilk tranşın ödənişini təxirə salıb.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Paula Pinyu jurnalistlərin sualına cavab olaraq bildirib.

O vurğulayıb ki, Avropa İttifaqı ödənişdən imtina etmir, sadəcə müddətlər dəyişdirilib.

“Biz bu paket çərçivəsində ilk ödənişi bu ilin ikinci yarısında həyata keçirmək niyyətimizə sadiq qalırıq. Prezidentin sözlərini xatırlatsam, o demişdi ki, biz bu krediti istənilən halda təqdim edəcəyik”, — Avropa Komissiyasının nümayəndəsi qeyd edib.

Seçilən
3
apa.az

1Mənbələr