AZ

Türkiyənin xarici siyasət refleksini yalnız sərt fikirlər üzərindən oxumaq böyük mənzərəni natamam qiymətləndirmək deməkdir

Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Türkiyə–İsrail münasibətləri bu baxımdan olduqca həssas bir balans üzərində irəliləyir. Tarixən enişli-yoxuşlu bir seyir izləyən bu münasibətlər zaman-zaman yüksək gərginlikli böhranlara səhnə olsa da diplomatik kanalların tamamilə qopmadığı bir struktur daxilində davam etdirilməkdədir. Bu səbəbdən həqiqəti əks etdirməyən sərt fikirlərin yayılması iki ölkə arasındakı münasibətləri deyil, eyni zamanda regional təhlükəsizlik memarlığını da təsir edə biləcək potensiala malikdir. Xüsusilə, Orta Şərq kimi həssas bir coğrafiyada qavrayışların reallıqlardan daha sürətli yayılması diplomatik səhvlərin maliyyətini artırır”.

Bu barədə Bizimyol.info xəbər portalına beynəlxalq münasibətlər üzrə mütəxəssis Mehmet Gökhan Özçubukçu danışıb. Ekspert qeyd edib ki, Türkiyənin xarici siyasəti bu cür risklərə qarşı olduqca diqqətli bir balans üzərində qurulmuşdur: “Bir tərəfdən milli maraqları qoruyan konkret və güclü bir fikri inkişaf etdirilərkən, digər tərəfdən diplomatik kanalların açıq saxlanması və böhranların müzakirə yolu ilə həll edilməsi əsas prioritet kimi qorunur. Bu yanaşma Türkiyəni təkcə regional güc deyil, eyni zamanda diplomatik elastiklik yarada bilən qlobal aktor halına gətirir. Bu səbəbdən, Türkiyənin xarici siyasət refleksini yalnız sərt fikirlər üzərindən oxumaq böyük mənzərəni natamam qiymətləndirmək deməkdir”.

“Beynəlxalq ictimaiyyət baxımından isə Türkiyənin diplomatik mövqeyi çox vaxt natamam və ya təhrif edilmiş məlumat axınları üzərindən qiymətləndirilə bilər. Halbuki Türkiyənin son illərdə inkişaf etdirdiyi diplomatiyası təkcə böhranlara müdaxilə ilə məhdudlaşmır; eyni zamanda humanitar diplomatiya, vasitəçilik və çox tərəfli müzakirə proseslərində aktiv rol almağı da əhatə edir. Bu vəziyyət Türkiyə üçün klassik güc təriflərindən daha yüksək bir xarici siyasət kimliyi formalaşdırır”-deyən beynəlxalq münasibətlər üzrə mütəxəssis Mehmet Gökhan Özçubukçu qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
bizimyol.info

1Mənbələr