AZ

Read Qasımov: "Əsas vəzifə şəhərləri dayanıqlı yaşayış mühitinə çevirməkdir"

Bu gün qarşıda duran əsas vəzifə şəhərləri həm tarixi kimliyini qoruyan, həm də müasir urbanistik tələblərə cavab verən dayanıqlı yaşayış mühitinə çevirməkdir.

"Far.Az" xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov Bakıda keçirilən "Ulu Öndər Heydər Əliyev və Azərbaycanın memarlıq irsi" adlı tədbirdə çıxışı zamanı deyib.

R. Qasımov şəhərsalma sahəsində qarşıda duran hədəflərə toxunaraq, müasir urbanistik yanaşmaların əhəmiyyətini qeyd edib: "Bizim fəaliyyətimiz Bakının tarixi siması ilə müasir inkişafı arasında vəhdət yaratmağa yönəlib. Müasir şəhərsalma prosesində ekoloji və insan amili ön planda tutulur. Xüsusilə vurğulamaq istərdim ki, bu gün həyata keçirilən layihələrdə dayanıqlı inkişaf, ekoloji tarazlıq və insan mərkəzli yanaşma əsas prioritet kimi çıxış etməkdə davam edir. Bu isə gələcək nəsillər üçün sağlam, təhlükəsiz və komfortlu yaşayış mühitinin yaradılmasına xidmət edir".

O deyib ki, mütəxəssislərin üzərinə düşən əsas vəzifə isə inklüziv və dayanıqlı şəhər mühiti formalaşdırmaqdır: "Biz yalnız binalar inşa etmirik, həm də insanların həyatını, onların gündəlik rahatlığını və gələcək nəsillərin yaşayacağı mühiti formalaşdırırıq".

Seçilən
9
far.az

1Mənbələr