AZ

Zelenski: "Drjuba" neft kəmərinin təmiri aprelin sonunadək başa çatacaq

"Drujba" neft kəmərinin təmiri aprelin sonunadək başa çatacaq və bu, onun fəaliyyətinin bərpasına imkan verəcək.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər erir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Berlində Almaniya kansleri Fridrix Mertslə birgə mətbuat konfransında deyib.

"Söz verdiyimiz kimi, kəmər aprelin sonunadək tam deyil, fəaliyyət göstərmək üçün kifayət səviyyədə təmir olunacaq. Bütün rezervuarlar təmir ediləcək, lakin bu, uzun prosesdir", – Zelenski deyib.

O, həmçinin Ukraynanın Macarıstanın yeni hökuməti ilə əməkdaşlıq quracağına əminliyini ifadə edib.

Prezidentin sözlərinə görə, Macarıstanın yeni rəhbərliyi ilə həm praqmatik münasibətlər, həm də dostluq münasibətləri qurmaq mümkündür, lakin bu, razılaşmalar, əməkdaşlıq, qarşılıqlı hörmət əsasında mümkündür, bu yalnız hər iki ölkəni gücləndirir".

Zelenski əlavə edib ki, onunla (aprelin 12-də Macarıstanda keçirilən seçkilərdə qalib gələrək parlamentdə çoxluq əldə edən "Tias" partiyasının lideri Peter Madyarla – red.) görüşə hazırdır.

Qeyd edək ki, "Drujba" kəməri ilə Slovakiya və Macarıstana neft tranziti 2026-cı il yanvarın 27-də Rusiyanın pilotsuz uçuş aparatının zərbəsi nəticəsində Ukraynanın qərbindəki avadanlığın zədələnməsi səbəbindən dayandırılıb. Slovakiya və Macarıstan dəfələrlə Ukraynadan bu boru kəməri ilə neft tranzitinin bərpasını tələb edib.

Seçilən
2
far.az

1Mənbələr