AZ

KeynXXI əsrin rekorduna şərik oldu - Bunu nə Messi bacarıb, nə də Ronaldu

"Bayern Münhen"in hücumçusu top-5 liqalarda 21-ci əsrin penalti rekordunu təkrarlayıb.

Fanat.Az "Score 90" statistika portalına istinadən xəbər verir ki, ingilis hücumçu "Bolonya"nın hücumçusu Çiro İmmobileyə şərik olub.

İmmobile 2019/2020 mövsümündə "ağ nöqtə"dən rəqib qapılarına 15 dəfə yol tapıb. Bu mövsüm eyni göstəriciyə imza atan Keynin mütləq rekordçuya çevrilmək üçün bir belə şansdan faydalanmasına ehtiyac var.

Qeyd edək ki, Kriştianu Ronaldu 2012/2013 və 2019/2020, Lionel Messi isə 2011/2012 mövsümlərində penaltidən 14 qol vurub.

Toğrul 

Seçilən
0
2
fanat.az

3Mənbələr