AZ

“Mağaza bağlanır” elanları ilə alıcıları aldadırlar - DİQQƏT!

Bakıda məşhur firma mağazalarından biri sosial şəbəkələrdə belə bir elan paylaşıb: "Mağaza bağlanır, 80%-dək endirim". Hətta bəzi tanınmış aparıcılar, blogerlər də öz səhifələrində "bağlanan" mağazanı reklam edirlər.  

Lakin elanların altında yazılan şərhlərdən məlum olur ki, həmin mağaza eyni küçədə illərdir fəaliyyət göstərir və 10 ilə yaxındır ki, bu cür "mağaza bağlanır" kimi yalançı elan paylaşır. 

Belə yanaşma istehlakçı etimadına necə təsir edir və bu cür reklamlar hüquqi baxımdan nə dərəcədə düzgündür?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, istehlakçıların aldadılmasının və marketoloqların çoxsaylı metodları var:

"Onlardan biri də “mağaza bağlanır” məsələsidir. Əgər istehlakçı bunu fiksə etsə, yəni yazılı şəkildə “mağaza bağlanır” ifadəsini qeyd etsə, vaxtını qeydə alsa və müəyyən müddətdən sonra mağazanın fəaliyyətini davam etdirdiyini görüb bu barədə dövlət orqanlarına məlumat versə, həmin mağazanı müəyyən cərimələr gözləyə bilər. Eyni hal “instagram” səhifələrində də müşahidə olunarsa və istehlakçılar aldadılarsa, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə məlumat verildiyi təqdirdə, bu cür hallara yol verənləri cərimə gözləyə bilər. İstehlakçılar belə məsələlərdə aldadılmamalıdır. İstehlakçıları aldatmaq üçün çoxlu üsullar mövcuddur və bu da onlardan biridir".

NURİYYƏ

Seçilən
6
1
redaktor.az

2Mənbələr