AZ

Qırğızıstan ölkəmizlə birgə investisiya layihələrinin həyata keçirilməsində maraqlıdır

Joqorku Keneşin (Qırğızıstan Parlamenti) deputatı Medina Kayrılbekovanın rəhbərlik etdiyi nümayəndə heyəti sənaye və investisiya əməkdaşlığını gücləndirmək məqsədilə Azərbaycana səfər edib.

Qırğızıstan Parlamentinin mətbuat xidmətinin məlumatına görə, Bakı Gəmiqayırma Zavoduna səfər zamanı bərələrin tikintisi perspektivləri və Türk İnvestisiya Fondunun cəlb edilməsi məsələləri müzakirə olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində Qırğızıstan tərəfi rəqəmsallaşma və dövlət xidmətlərində süni intellektin tətbiqi təcrübəsini öyrənib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “AzerGold” şirkəti ilə keçirilən görüşlərdə sahibkarlığın dəstəklənməsi, həmçinin qızılın hasilatı və emalı sahəsində qarşılıqlı fəaliyyət məsələləri nəzərdən keçirilib.

Səfərin mühüm məqamlarından biri Pirallahı Sənaye Parkı ilə tanışlıq olub. Burada nümayəndə heyəti Qırğızıstanda analoji müəssisənin tikilməsi imkanlarını nəzərə alaraq əczaçılıq istehsalı ilə yaxından tanış olub. Qırğızıstanın müvafiq nazirliklərinin nümayəndələrinin də iştirak etdiyi səfərin yekununda tərəflər birgə investisiya layihələrinin həyata keçirilməsində və qabaqcıl təcrübə mübadiləsində maraqlı olduqlarını bildiriblər.

Seçilən
18
vergiler.az

1Mənbələr