AZ

Növbəti köç karvanları Ağdərə və Xocalı rayonlarına çatıb YENİLƏNİB

525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Köç karvanları Ağdərə rayonunun Vəngli, Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Xocalı rayonunun Daşbulaq kəndlərinə çatıb.

525.az xəbər verir ki, bu mərhələdə köçürülən Ağdərə rayonunun Vəngli kəndinə 18 nəfərdən ibarət 4 ailə, Çıldıran kəndinə 5 nəfərdən ibarət 2 ailəyə, Aşağı Oratağ kəndinə 56 nəfərdən ibarət 9 ailəyə, Heyvalı kəndinə 13 nəfərdən ibarət 3 ailəyə, Çapar kəndinə 6 nəfərdən ibarət 2 ailəyə və Xocalı rayonunun Daşbulaq kəndinə isə 4 nəfərdən ibarət 1 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

***

Aprelin 14-də “Böyük Qayıdış” Proqramı çərçivəsində növbəti köç reallaşıb.

525.az-a Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu gün Ağdərə rayonunun Aşağı Oratağ kəndinə 56 nəfərdən ibarət 9 ailə köçürülüb. Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər, onlara yaradılan müasir yaşayış şəraitinə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, işğaldan azad edilmiş digər ərazilər kimi Ağdərədə də genişmiqyaslı bərpa və yenidənqurma işləri davam etdirilir. Fərdi yaşayış evləri əsaslı şəkildə bərpa olunur, yeni sosial obyektlər inşa edilir, təhsil və səhiyyə müəssisələri yenidən qurulur, kəndlərdə müasir kommunal infrastruktur yaradılır. Sosial infrastrukturun tam yenilənməsi sakinlərin rahat, təhlükəsiz və layiqli yaşayışının təmin olunmasına xidmət edir. Eyni zamanda, doğma torpaqlarına qayıdan vətəndaşların məşğulluq məsələləri də daim diqqət mərkəzində saxlanılır, ehtiyacı olan ailələrin dövlət və özəl sektor üzrə işlə təminatı istiqamətində müvafiq tədbirlər görülür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
525.az

1Mənbələr