AZ

“Zəncirlənmiş Prometey” Bakı səhnəsində

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcü teatr sənətinin möhtəşəm səhnə əsəri olan “Zəncirlənmiş Prometey” paytaxt tamaşaçılarına təqdim olunacaq.

525.az xəbər verir ki, nümayiş 28-29 aprel tarixlərində saat 19:30-da Azərbaycan Dövlət Akademik Dram Teatrında olacaq.

Şota Rustaveli adına Gürcüstan Milli Teatrının repertuarında böyük uğurla nümayiş olunan iki hissəli “Zəncirlənmiş Prometey” tamaşasının səhnə versiyasının müəllifi və quruluşçu rejissoru dünya şöhrətli gürcü rejissoru Robert Sturuadır. Janrı faciəvi fantaziya olan səhnə əsəri qədim yunan dramaturqu Esxilin eyniadlı pyesi əsasında hazırlanıb. 

Rejissor tamaşa haqqında qeyd edir ki, Esxil Prometeyə həsr olunmuş üç faciə yazıb, lakin dövrümüzə yalnız biri - “Zəncirlənmiş Prometey” gəlib çatıb. Əsərdə insanın bəşəriyyəti xilas etmək uğrunda mübarizəsi təsvir olunur. Zevs Prometeyi cəzalandırır, lakin o, müqavimət göstərməkdən vaz keçmir və öz qəhrəmanlıq yolundan dönmür. Nəhayət, bütün sınaqlardan keçir.

Robert Sturuanın interpretasiyasında tamaşa müasir dövrün reallıqları ilə səsləşir. Dünyanın sürətlə dəyişdiyi bir zamanda bu mifoloji qəhrəmanın adı xüsusi əhəmiyyət kəsb edir. Tanrı özlərini həddindən artıq cəsarətli aparan, özlərini tanrılarla bərabər tutan insanlara dərs vermək istəyir və bu ideya müasir dünyada baş verən hadisələrlə paralel təqdim olunur.

“Zəncirlənmiş Prometey” klassik faciənin müasir teatr dili ilə təqdim olunan monumental səhnə həllidir və paytaxtın mədəni həyatında əhəmiyyətli hadisələrdən biri kimi qiymətləndirilir.

Tamaşa gürcü dilində, Azərbaycan subtitrləri ilə nümayiş olunacaq.

Davametmə müddəti:

I hissə – 1 saat 5 dəqiqə

II hissə – 1 saat 10 dəqiqə

PƏRVANƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
525.az

1Mənbələr