AZ

Azərbaycanın valyuta ehtiyatları artıb

İran ətrafında baş verən hadisələrin Azərbaycanın maliyyə sektoruna hər hansı formada təsir etməsi gözlənilmir.

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə deyib.

Baş direktor qeyd edib ki, İranla ixracın və idxalın payı ümumi ticarətdə çox deyil.

“Yəni, indiki mərhələdə sektora hər hansı təsir olacağını düşünmürük. Lakin prosesləri yaxından izləyirik, hər hansı bir dəyişiklik olarsa, proqnozlarımızı ona uyğun dəyişəcəyik”.

Ş.Mahmudzadə bildirib ki, Yaxın Şərqdə baş verən proseslər dünya bazarında neftin qiymətini artırıb ki, bu da Azərbaycanın valyuta ehtiyatları və tədiyyə balansının artmasına səbəb olub.

Seçilən
20
unikal.az

1Mənbələr