AZ

Əlilliyi olan hərbçilər üçün iş saatı qısaldılır

Newscenter.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Rusiyada əlilliyi olan hərbçilər üçün iş saatı qısaldılır.Newscenter.az TASS-a istinadən bildirir ki, Rusiya Dövlət Duması plenar iclasda birinci və ya ikinci dərəcəli əlilliyi olan hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və Milli Qvardiya üzvləri üçün həftədə 35 saatlıq iş müddətinin azaldılmasını təklif edən qanun layihəsini birinci oxunuşda qəbul ediblər.Təşəbbüs müəllifləri bu qaydaların xidmətdə aldıqları xəsarətlərə görə I və ya II qrup əlil olmuş müqaviləli hərbi qulluqçulara, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və Milli Qvardiyanın xüsusi polis rütbəsi olan üzvlərinə şamil edilməsini təklif ediblər. Əgər Dövlət Duması qanunu digər oxunuşlarda qəbul edərsə və qanun sonradan Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanarsa, sənəd dərc edildikdən 10 gün sonra qüvvəyə minəcək.Anar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
newscenter.az

2Mənbələr