AZ

Zelenski Madyarla görüşəcək

BAKI, 14 aprel. TELEQRAF

Ukrayna Prezidenti Volodimir Zelenski Macarıstanın gələcək Baş naziri Peter Madyarla görüşə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə o, Berlində Almaniya Kansleri Fridrix Mertslə brifinqdə bildirib.

“Yeni rəhbərliklə münasibətlər qurulmalıdır. İstənilsə bu, praqmatizm əsasında da olar, dostluq münasibətləri də qurmaq olar, amma razılaşmalar, əməkdaşlıq və qarşılıqlı hörmət əsasında. Bu, hər iki ölkəni gücləndirər. Yeni baş nazir hazır olan kimi, biz də görüşə hazırıq”, - Zelenski deyib.

Xatırladaq ki, Peter Madyar bundan əvvəl Ukrayna Prezidenti ilə görüşəcəyini açıqlamışdı.

Seçilən
15
teleqraf.com

1Mənbələr