AZ

Çin avtomobilləri ucuzlaşacaq? – Ekspertdən AÇIQLAMA

Son illərdə bütün düyada olduğu kimi Azərbaycanda da ekoloji təmiz nəqliyyat vasitələrinə maraq xeyli artıb. Xüsusilə hibrid avtomobillər - həm yanacaq, həm də elektrik enerjisi ilə işləyən modellər - sürücülərin ən çox seçdiyi kateqoriyalardan biri idi.

Azərbaycanda avtomobil alıcılarının bu avtomobillərə marağını artıran önəmli səbəblərdən biri də bu avtobillər üçün gömrük rüsumlarına tətbiq olunan güzəştlər göstərilirdi.

Cari ildən ölkəmizdə sözü gedən nəqliyyat vasiətləri üçün tətbiq edilən güzəştlər ləğv edilib. Avtomobil bazarının bu prosesə qiymət artımı ilə reaksiya verməsi gözlənilsə də, aparılan müşahidələr bunun əksinin baş verdiyini göstərib.

Bazarda böyük tələbat görən Çin avtomobilləri ötən ilin sonundakı rəqəmlərlə müqayisədə daha aşağı qiymətə təklif edilir.

Bəs buna səbəb nədir?

Azərbaycanda

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Day.Az-a bildirir ki, güzəştlərin müddəti bitəndən sonra qiymətlərin kəskin enməsi müşahidə edilmir: "Ucuzlaşma əsasən əvvəlki illərdə istehsal olunmuş Çin avtomobillərinin bəzi modellərində müşahidə edilir. Bu baxımdan güzəştlərin ləğvindən sonra idxal edilən avtomobillərin qiymətinin ucuzlaşması mümkün deyil. Əksinə onların qiyməti qalxıb, yəni əvvəlki qiymətə qayıdıb".

Bazarda

Ekspert onu da qeyd edib ki, Azərbaycana idxal olunan və yaşı 7 ildən çox olan avtomobillərdən mühərrik həcminə görə alınan aksiz vergilər də yüksəlib: "Dizel mühərrikli avtomobillərdə bu daha çox yüksəlib. Ona görə də, idxal olunan avtomobillərin qiymətinin heç də aşağı olmadığını müşhaidə edirik. 2024-2025-ci illərdə istehsal olunmuş və rüsümların ləğvindən öncə ölkəmizə gətirilmiş avtomobillər əsasən taksi fəaliyyəti üçün gətirilmişdi. Lakin taksilərin fəaliyyətinə qoyulan kvotadan sonra bu avtomobillərə tələb azaldı. Ancaq bu tələbatın azalması qiymətlərin kəskin düşməsinə səbəb olduğu anlamına gəlmir".

Seçilən
5
day.az

1Mənbələr