AZ

Bakıda AQEM Qadınlar Şurasının ilk iclası keçirilib, tövsiyə sənədi qəbul edilib (FOTO)

Bakı. Trend

Bakıda AQEM Qadınlar Şurasının ilk iclası keçirilib, tövsiyəsənədi qəbul edilib.

Trend xəbərverir ki, iclasda üzv dövlətlərin nümayəndələri iştirakediblər.

İclası giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrəDövlət Komitəsinin sədri Bahar Muradova Şuranın əhəmiyyətindən vəməqsədlərindən danışıb:

“Konfrans dialoq, təcrübə mübadiləsi və birgə qərarlarınhazırlanması üçün effektiv platforma olacaq bu məsləhətçi orqanınyaradılması üçün möhkəm zəmin formalaşdırdı. Əminik ki, buyanaşmalar və təkliflər gələcək fəaliyyətimiz üçün etibarlı dayaqolacaq və konkret, real nəticələr əldə etməyə imkan verəcək. Buiclas əməkdaşlığımızın inkişafında yeni bir səhifə açır. AzərbaycanSədrliyinin Müşavirənin institusional inkişafı üzrə prioritetləriçərçivəsində Qadınlar Şurasının yaradılması təşəbbüsü sədrliyin ilkmərhələsində irəli sürülmüş və iştirakçı dövlətlər tərəfindən genişvə səmimi dəstək qazanıb. Ötən il aparılmış birgə səylər vəkonstruktiv dialoq nəticəsində müvafiq Əsasnamə qəbul edilmiş, buisə gender siyasəti sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçünyeni imkanlar açıb”.

AQEM-in Baş katibi Kayrat Sarıbay isə çıxışında Şuranınməqsədlərindən danışıb. O bildirib ki, qadınların rolu hər sahədəgücləndirilməlidir. Baş katib Azərbaycanın təşəbbüsünü yüksəkqiymətləndirib və buna görə də rəsmi Bakıya təşəkkür edib.K.Sarıbay əlavə edib ki, Azərbaycanın sədrliyi və təşəbbüsü ilədaha uğurlu nəticələr əldə olunacaq.

Daha sonra isə üzv dövlətlərin nümayəndələrinin millibəyanatları səsləndirilib, yekunda isə Şuranın tövsiyə sənədi səsqoyularaq qəbul edilib.

Bakıda
Bakıda
Bakıda
Seçilən
22
1
az.trend.az

2Mənbələr