AZ

Bakıda özəl klinikanın fəaliyyəti DAYANDIRILDI

"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 16-cı və 17-ci maddələrinə uyğun olaraq Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 41 ünvanında yerləşən "NNS Klinika" MMC-yə məxsus özəl tibb müəssisəsində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən 6-7 aprel tarixlərində plandankənar yoxlama aparılıb.

Bu barədə BAKU.WS-ə Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı lisenziyasız tibbi fəaliyyət göstərilməsi və qeydiyyatsız dərman vasitələrindən istifadə faktları aşkar edilib. Bununla bağlı hüquqi şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210.1 və 221.1-ci maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə icraata göndərilib.

Bundan əlavə, "NNS Klinika" MMC-yə məxsus tibb müəssisəsinin fəaliyyətinin dayandırılması məqsədilə hüquq-mühafizə orqanları qarşısında vəsatət qaldırılması üçün təqdimat verilib

Seçilən
15
far.az

1Mənbələr