AZ

Ağcabədidə bu qanuna məhəl qoyulmadı Risklər izah edilməyib

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Ağcabədi rayonunda xalaoğlu ilə xalaqızının ailə qurması qohum evlilikləri üzrə qanunvericiliyin tətbiqi məsələsini yenidən gündəmə gətirib. Faktla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən araşdırmalara başlanılıb.

Qeyd edək ki, Azərbaycanda qohum evlilikləri 2025-ci il 1 iyundan etibarən qanunla qadağan edilib.

Qohum evlilikləri qanunla qadağan olunsa da, bəzi bölgələrdə bu halların davam etməsi nədən qaynaqlanır?

Globalinfo.az-a danışan sosioloq Mail Yaqub bildirib ki, mövcud qanunvericilikdə müəyyən boşluqlar var.

Onun sözlərinə görə, qanunun tətbiqi zamanı yetərli maarifləndirmə aparılmayıb:

“Qərar qəbul olunan zaman insanlar kifayət qədər maarifləndirilmədi. Bəli, bir-iki çıxış oldu. Tibbi baxımdan bunun zərərli olduğu qeyd edildi, amma bu çıxışlar yetərli deyil. Doğrudanmı bu qadağa yalnız tibbi səbəblərə əsaslanır, yoxsa başqa səbəblər də var? Əgər tibbi əsasdırsa, risklərin miqyası yetərincə izah olunmadı. Qanunun tətbiqi üçün onun əsasları insanlara düzgün şəkildə çatdırılmalıdır. Məncə, bu izah yetərli olmayıb və buna görə də müəyyən sapmalar müşahidə olunur”.

Sosioloq əlavə edib ki, bəzi insanlar bu qadağaya əməl etmək istəmir:

“Hüquqi baxımdan belə nikahlar qeydə alınmır. Çünki qanun tətbiq olunarkən onun əsasları geniş şəkildə izah edilməlidir. Bu kimi halların qarşısını almaq üçün qanun daha geniş şəkildə, debatlar və ictimai müzakirələr vasitəsilə izah edilməlidir”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
globalinfo.az

1Mənbələr