AZ

TikTok İndoneziya istifadəçiləri üçün yaş həddini 16 ya qaldırıb

Xalq qazeti saytına istinadən ain.az xəbər verir.

"TikTok" İndoneziyada Uşaqların Rəqəmsal Müdafiəsi Qanununa uyğun olaraq istifadəçilər üçün yaş həddini artırıb.

XQ xəbər verir ki, bu barədə "Antara" məlumat yayıb.

Bildirilib ki, "TikTok" 16 yaşdan kiçik İndoneziyalı istifadəçilərin hesablarının bloklandığını elan edən ilk platforma olub. Sosial şəbəkə administrasiyasının artıq təxminən 780.000 belə hesabı deaktiv etdiyi bildirilir.

Rabitə və Rəqəmsal Texnologiyalar naziri Mutya Hafid platforma rəhbərliyinin ölkədə "uşaqların müdafiəsi hərəkatına qoşulmaq" qərarını alqışlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
xalqqazeti.az

2Mənbələr