AZ

Zelenskinin Berlin səfərindən xatirə: Hamı ondan danışır

Ukrayna prezidenti Vladimir Zelenskinin Berlinə rəsmi səfəri zamanı geyindiyi ayaqqabı sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, Almaniya kansleri Fridrix Merts ilə görüşən Zelenskinin qeyri-adi stili ukraynalı jurnalist Anatoli Şariyin diqqətindən yayınmayıb.

Jurnalistin "Telegram" kanalında paylaşdığı görüntülərdə Ukrayna liderinin rəsmi görüşə platforma dabanlı qara idman ayaqqabısında gəldiyi əks olunub. Şariy dövlət başçısının bu seçimini "gülünc" adlandırıb.

Qeyd edək ki, bu, Zelenskinin rəsmi görüşlərdə qeyri-formal üsluba üstünlük verdiyi ilk hal deyil. O, ötən ilin avqustunda Brüsseldə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə görüşdə də rəsmi geyim stilindən imtina edərək, qara pencək və platforma dabanlı idman ayaqqabısı ilə görünmüşdü.

Seçilən
4
publika.az

1Mənbələr