AZ

Esvatini haradır? Az tanınan Afrika krallığı ilə bağlı maraqlı faktlar

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 14-də Esvatini Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sibusisive Mnqomezulunu qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçirilmiş sammiti zamanı Esvatini Kralının ölkəmizə səfərini məmnunluqla xatırladaraq, onun gələn ay Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun Sessiyasında iştirak edəcəyinə ümidvarlığını bildirib.
Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Esvatini Krallığı arasında siyasi dialoqun səviyyəsindən məmnunluğunu ifadə edib, digər sahələrdə əməkdaşlığı genişləndirmək üçün yaxşı potensialın olduğunu deyib.

UDiEYKPFV4vycpmRIflJCHLAepMN9iPafZxFvI46_1200.jpg

Səfir ikitərəfli əməkdaşlığımızın dərinləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Söhbət zamanı Azərbaycan ilə Esvatininin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi qeyd edildi, energetika, elm, təhsil, humanitar, turizm, ətraf mühitin mühafizəsi, mədəniyyət və digər sahələrdə münasibətlərin qurulması üçün əlverişli imkanların olduğu bildirildi, potensial əməkdaşlıq sahələri ilə bağlı müzakirələrin aparılması üçün müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsinin önəminə toxunulub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan Respublikası ilə Esvatini Krallığı arasında diplomatik münasibətlər 2010-cu ildə qurulub. Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı Səfirliyi eyni zamanda Esvatini Krallığında akkreditə olunub.

Musavat.com Esvatini dövləti haqqında maraqlı faktları təqdim edir.

Esvatini Krallığı Cənubi Afrikada yerləşir.

WhatsApp

2018-ci ilədək Svazilend Krallığı adlanıb. Krallıq şimal-şərqdən Mozambik və şimal, qərb, cənub, cənub-şərqdən CAR ilə həmsərhəddir. Esvatini qitənin ən kiçik ölkələrindən biridir-sahəsi təxminən 17,360 km², əhalisi isə təxminən 1,2-1,3 milyon nəfərdir. Rəsmi paytaxtı Mbabane olsa da, kralın sarayı və ondan asılı olan parlament Lobamba şəhərində yerləşir. Ölkədə rəsmi dillər svati və ingilis dilləridir.

WhatsApp

Esvatini uzun müddət Britaniya protektoratı altında olub, 1968-ci ildə müstəqilliyini əldə edib. Müstəqillikdən sonra ölkə əvvəlcə Svazilend adı ilə tanınırdı, lakin 2018-ci ildə kralın qərarı ilə rəsmi olaraq ad dəyişdirilərək Esvatini oldu. Kral III Msvati qərarın səbəbi ilə bağlı açıqlamasında bildirib ki, ölkəsini İsveçrə ilə qarışdırırdılar. (red: ingilis dilində Switzerland )
Ölkə hələ də monarxiya idarəetmə sisteminə malikdir və kralın siyasi həyata böyük təsiri var. Esvatini dünyada azsaylı mütləq monarxiyalardan biri hesab olunur. İqtisadiyyatı əsasən kənd təsərrüfatı əsasında qurulub. Ölkə Cənubi Afrika Respublikasından ciddi iqtisadi asılılığa malikdir.

Nigar Həsənli
Musavat.com

Seçilən
26
musavat.com

1Mənbələr