AZ

Azərbaycanın qırıcı təyyarələri Türkiyədə təlimdə - VİDEO

Türkiyənin Konya şəhərində keçirilən beynəlxalq axtarış-xilasetmə təlimi Anatolian Phoenix - 2026 davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Haber Global yayıb.

Məlumata görə, təlimlərdə Azərbaycan və Türkiyə ilə yanaşı ABŞ, Polşa və Slovakiya da iştirak edir. Ümumilikdə təlimlərə 529 hərbçi və 21 təyyarə cəlb olunub.

Azərbaycan təlimdə Hərbi Hava Qüvvələrinə məxsus iki Su-25 hücum təyyarəsi ilə təmsil olunur.

Bu gün keçirilən mərhələdə azərbaycanlı pilotlar hava örtüyü və atəş dəstəyi təmin edərək qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsinə töhfə veriblər.

Qeyd edək ki, təlimlər aprelin 17-dək davam edəcək.


Bizim.Media

Seçilən
16
bizim.media

1Mənbələr