AZ

Lotereya biletləri oğurlamaqda şübhəli bilinən 2 şəxs saxlanıldı

Binəqədi və Xətai rayonlarında yerləşən 2 marketdən lotereya biletləri və digər məhsullar oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.

"Yeni Sabah" DİN-ə istinadla xəbər verir ki, cinayətləri törətməkdə şübhəli bilinən İ.Seyfullayev, A.Vəlizadə və M.Göyüşov müəyyən olunaraq saxlanılıblar.

Onların obyektlərdən 3159 manat dəyərində lotereya bileti, tütün məmulatları və spirtli içkilər oğurladıqları məlum olub.

Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Seçilən
12
11
yenisabah.az

10Mənbələr