AZ

Yağıntılar tədricən kəsiləcək

Ölkə ərazisində sabah gündüz yağıntıların tədricən kəsiləcəyi, aprelin 16-da isə hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır.

Xezerxeber.az-a xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O bildirib ki, aprelin 14-ü Bakıda və Abşeron yarımadasında müşahidə olunan yağıntılı hava şəraitinin aprelin 15-i gündüzədək davam edəcəyi gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun 12-16 dərəcə isti olacağı proqnozlaşdırılır.

Gülşad Məmmədova deyib ki, bölgələrdə də hazırda yağıntılı hava şəraiti davam edir. Dağlıq ərazilərdə qar yağır, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Aprelin 15-i gündüz isə yağıntılar tədricən kəsiləcək. Gözlənilən yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Proqnozlar Bürosunun direktoru diqqətə çatdırıb ki, aprelin 16-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bölgələrdə hava şəraitinin sabitləşəcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləkləri üstünlük təşkil edəcək

Seçilən
18
9
xezerxeber.az

10Mənbələr