Bakı. Trend:
Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 2026-cı ildəəhəmiyyətli dərəcədə artacaq, daha sonra isə növbəti ildəazalacaq.
Bu barədə TrendBeynəlxalq Valyuta Fondunun (BVF) hesabatına istinadən xəbərverir.
Proqnozlara görə, cari əməliyyatlar hesabının profisiti 2025-ciildəki 5,5%-lə müqayisədə 2026-cı ildə ÜDM-in 9,7%-nə çatacaq.
2027-ci ildə isə bu göstəricinin ÜDM-in 5,4%-nə qədər azalacağıgözlənilir.
BVF həmçinin gözləyir ki, Azərbaycanın real ÜDM artımı 2026-cıildə 2025-ci ildəki 1,4%-lə müqayisədə 2,2% təşkil edəcək, 2027-ciildə isə 2,5%-ə qədər sürətlənəcək.
Ölkədə inflyasiyanın 2026-cı ildə 2025-ci ildəki 5,6%-ləmüqayisədə 6% səviyyəsində olacağı, daha sonra isə 2027-ci ildə5,1%-ə qədər azalacağı proqnozlaşdırılır.