AZ

Sanksiyalara qarşı plan: İran hərəkətə keçdi

ain.az bildirir, Cebheinfo portalına istinadən.

İranın daxili işlər naziri İskəndər Mümini ABŞ-nin dəniz blokadası təhdidinin təsirsiz hala gətirilməsi üçün sərhəd valilərindən əsas tələbat mallarının idxal və ixracı ilə bağlı onlara verilmiş səlahiyyətlərdən istifadə etmələrini istəyib.

"Cebheinfo.az" xəbər verir ki, İran mediasının məlumatına görə, Mümini ölkənin sərhəd bölgələrində fəaliyyət göstərən valilərə çağırış edib.

Mümini 16 sərhəd valisindən ABŞ tərəfindən irəli sürülən dəniz blokadası təhdidinin qarşısının alınması üçün müvafiq nazirliklərlə koordinasiyalı şəkildə hərəkət etmələrini və əsas tələbat mallarının idxal-ixracı sahəsində onlara verilmiş səlahiyyətləri işə salmalarını tələb edib.

Bu səlahiyyətlərdən istifadə edərək əsas ehtiyacların təmininə töhfə verən və sərhəd ticarətini canlandıran valilərə təşəkkür edən Mümini İrana qarşı sanksiyaların və dəniz blokadası təhdidinin nəticəsiz qalacağını bildirib.

İran Prezidenti Məsud Pezeşkian isə yanvarın 27-də verdiyi açıqlamada qonşu ölkələrlə ticarətdə yarana biləcək bürokratik problemlərin sürətlə həll edilməsi üçün valilərə səlahiyyət verildiyini bildirmişdi.

Pezeşkian qeyd edib ki, bu qərarla valilərə qonşu ölkələrlə valyutasız idxal və barter ticarəti imkanı yaradılıb.

Bununla da sanksiyaların təsirini azaltmaq və qonşu ölkələrdən idxal olunan əsas tələbat malları ilə bağlı bürokratik prosesləri minimuma endirmək hədəflənir.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
34
1
cebheinfo.az

2Mənbələr