AZ

Sumqayıtda yolların acınacaqlı vəziyyəti: Sürücülər çuxurlar arasında “savaşır” VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Sumqayıt şəhərinin müxtəlif ərazilərində yol infrastrukturunun yararsız vəziyyəti sürücülərin hərəkətində ciddi problemlərə səbəb olur.

Avtosfer.az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Kadrlardan aydın olur ki, şəhərin 8-ci mikrorayon ərazisi, Bakı küçəsində asfalt örtüyündə yaranmış dərin çuxurlar nəqliyyatın normal hərəkətinə mane olur. Sürücülər avtomobillərinə ziyan dəyməməsi üçün yol boyunca manevr etmək məcburiyyətində qalır. Bu isə qəza riskini artırmaqla yanaşı, nəqliyyat vasitələrinin ehtiyat hissələrinə zərər vurma ehtimalını yüksəldir.

Bənzər vəziyyət şəhərin 13-cü mikrorayon, Mehrab Niftəliyev küçəsində də müşahidə olunur. Sözügedən ərazidə yol örtüyünün sıradan çıxması nəticəsində iri çuxurlar əmələ gəlib.

Sakinlərin sözlərinə görə, Sumqayıtın bir çox küçələrində asfalt örtüyü bu haldadır. Onların bildirdiyinə əsasən, aparılan təmir işlərindən sonra yolların əvvəlki keyfiyyətinə qaytarılmaması problemə səbəb olur.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
avtosfer.az

1Mənbələr