AZ

Hövsanda “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək

Hövsanda “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək
Aprelin 16-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.
Araz superstore qarşısında keçiriləcək aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər. 
📍Araz superstore  -  Suraxanı rayonu, Elçin Məmmədov 5k (“Hövsan Mall”un yaxınlığı)
🕚 Saat: 12:00
🗓️ 16 aprel
Seçilən
26
ekologiya.az

1Mənbələr