Azərbaycan II Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Qaradağ Lökbatan"ın futbolçusu Emil Quluzadə mükafatlandırılıb.
Bu barədə "Report"a Peşəkar Futbol Liqasından (PFL) bildirilib.
Mart ayının ən yaxşı qolunun müəllifinə mükafat XXII turun "Quba" ilə qarşılaşmasından əvvəl təqdim olunub.
Mükafatı Emil Quluzadəyə PFL-in Media şöbəsinin rəisi Müzəffər Müzəffərli verib.