AZ

BVF Azərbaycan üzrə inflyasiya proqnozunu artırıb

BAKI, 14 aprel. TELEQRAF

Beynəlxalq Valyuta Fondu 2026-cı il üzrə Azərbaycanda illik inflyasiya proqnozunu artırıb.

Teleqraf maliyyə qurumunun"Dünya iqtisadiyyatının perspektivləri"hesabatına istinadən xəbər verir ki, fevral qiymətləndirmələri ilə müqayisədə 2026-cı il üzrə inflyasiya proqnozu 0,8 faiz bəndi, 2027-ci il üzrə isə 1,1 faiz bəndi yüksəldilib. Bu il ölkədə inflyasiyanın 6, 2027-ci ildə isə 5,1 % proqnozlaşdırıb.

BVF 2026-cı ildə Azərbaycanın ÜDM-nin artımını 2,2 %, 2027-ci ildə isə 2,5 % olaraq proqnozlaşdırır.

Seçilən
2
3
teleqraf.com

5Mənbələr