AZ

İstanbulun küçə satıcısı yaraşığı ilə məşhur oldu: "Yeraltı" serialına dəvət aldı - VİDEO

Türkiyənin İstanbul şəhərində küçədə şabalıd və qarğıdalı satan gənc fenomen olub.

Ölkə.Az xəbər verir ki, videoları qısa müddətdə sosial şəbəkələrdə trend olan Alper Temel adlı gəncin diqqət çəkməsinin əsas səbəbi isə onun fiziki görünüşüdür.

“Yaraşıqlı qarğıdalı satan” (Yakışıklı mısırcı) ləqəbi ilə məşhurlaşan satıcı turistlərin sevimlisinə çevrilib.

İstanbula səfər edən rusiyalı, ispaniyalı və rumanyalı turistlər onu görmək üçün işlədiyi Karaköy ərazisinə üz tutmağa başlayıblar.

Xüsusilə xarici qonaqların çəkdiyi videolarla şöhrət qazanan gənc canlı yayımlar açmağa başlayıb.

Türkiyə mətbuatı Alper Temel adlı satıcının canlı yayımdan 1 milyon lirə qazandığını iddia edib.

Fenomen satıcı məşhur “Yeraltı” serialından ona təklif də gəldiyini söyləyib. O bildirib ki, işlərinin çoxluğu səbəbindən razılaşmayıb. 

Billurə

Seçilən
40
1
olke.az

2Mənbələr