AZ

Azərbaycan əhalisinin sayı açıqlandı

2026-cı ilin yanvar-fevral aylarında ölkə əhalisinin sayı 4276 nəfər və ya 0.04 faiz artaraq 2026-cı il mart ayının 1-i vəziyyətinə 10 266 627 nəfərə çatıb.

Banker.az DSK-ya istinadən xəbər verir ki, ölkə əhalisinin 54.3 faizini şəhər, 45.7 faizini kənd sakinləri, 49.8 faizini kişilər, 50.2 faizini isə qadınlar təşkil edir.

Cari ilin yanvar-fevral aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14797 doğulan körpə qeydə alınmış və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9.7-dən 8.9-a düşmüşdür. Doğulan körpələrin 53.7 faizi oğlan uşaqları, 46.3 faizi isə qız uşaqları olmuşdur. Doğulan körpələrdən 522-si əkiz, 21-i isə üçəm olub.

Seçilən
21
banker.az

1Mənbələr