TRT Haber xəbər verir ki, silahlı şəxs Türkiyənin Şanlıurfa şəhərində liseydə şagirdlərə və müəllimlərə odlu silahla hücum edib. Mövcud məlumatlara görə, hadisə nəticəsində 16-dan çox insan yaralanıb. Cinayəti törədən məktəbin keçmiş şagirdi, 2007-ci il təvəllüdlü şəxsdir.
Şahidlərin sözlərinə görə, təcavüzkar əvvəlcə məktəb binasının yaxınlığında atəş açıb, sonra isə içəri daxil olub. Məlumata əsasən, o bir neçə nəfəri girov götürüb. Cinayəti törətdikdən sonra gənc intihar edib.
Polis və təcili yardım xidmətləri tez bir zamanda hadisə yerinə gəlib. Təhlükəsizlik məqsədilə məktəbin bütün şagirdləri və işçiləri təxliyə edilib. Hüquq-mühafizə orqanları hazırda məktəb ərazisində hadisənin səbəblərini və motivlərini müəyyən edir. Yaralıların vəziyyəti dəqiqləşdirilir.
Rizvan CƏFƏROV,
“Azərbaycan”