AZ

Mariam Kvrivişvili: Qara dəniz sualtı kabeli Cənubi Qafqazın enerji sektoruna təkan verəcək

BAKI, 14 aprel. TELEQRAF

“Qara dəniz sualtı kabeli Avropa İttifaqının (Aİ) enerji təhlükəsizliyini gücləndirəcək və Cənubi Qafqazın enerji sektoruna mühüm təkan verəcək mühüm Gürcüstan təşəbbüsüdür”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Avropa Parlamentinin və Avropa Şurasının Qara dəniz sualtı kabel layihəsinə “Qarşılıqlı Maraq Layihəsi” (PMI) statusu verməsini şərh edərkən deyib.

Nazirin sözlərinə görə, layihəyə PMI statusunun verilməsi onun strateji əhəmiyyətini təsdiqləyir.

“Qara dəniz sualtı kabeli ölkəmizin milli maraqlarına xidmət edəcək mühüm Gürcüstan təşəbbüsüdür. Sualtı kabelin tikintisi ölkə üçün strateji əhəmiyyət daşıyır, enerji sektorumuzun gücləndirilməsi və ixrac potensialının artırılması baxımından vacibdir. Bu layihə bir tərəfdən Gürcüstanda istehsal olunan elektrik enerjisinin Avropa İttifaqına ixracını təmin edəcək, digər yandan isə Avropa İttifaqının enerji təhlükəsizliyini və müstəqilliyini gücləndirəcək, ümumilikdə Cənubi Qafqazın enerji sektoruna ciddi təkan verəcək”, - o bildirib.

Kvrivişvili əlavə edib ki, Avropa Parlamenti və Avropa Şurasının qərarı ilə layihəyə PMI statusunun verilməsi onun strateji əhəmiyyətini bir daha təsdiqləyir, bunun həm Cənubi Qafqaz, həm də Aİ üçün önəmini göstərir.

Seçilən
20
teleqraf.com

1Mənbələr