İlin əvvəlindən ölkə əhalisinin sayı 4276 nəfər və ya 0,04 faiz artaraq 2026-cı il mart ayının 1-i vəziyyətinə 10 milyon 266 min 627 nəfərə çatıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ölkə əhalisinin 54,3%-ni şəhər, 45,7%-ni kənd sakinləri, 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir.
Eyni zaman, ilin ilk iki ayı ərzində Azərbaycanda 10 878 ölüm halı qeydə alınıb.
2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6,3-dən 6,6-ya qədər artıb.
Telegram kanalımız