AZ

Avropa İttifaqı hələlik Rusiyaya qarşı yeni sanksiya paketini müzakirə etmir

Macarıstanda keçirilən parlament seçkilərində Viktor Orbanın məğlubiyyətinə baxmayaraq, Avropa İttifaqının daimi nümayəndələri Rusiyaya qarşı 20-ci sanksiya paketi üzrə danışıqların yenidən başlanmasını planlaşdırmırlar.

Editor.az xarici mediaya istinadən xəbər verir ki, məsələ hələlik gündəliyə daxil edilməyib.

Agentliyin mənbəsi bildirib: “Mənim bildiyimə görə, bu məsələ hələ müzakirə mövzusu deyil”.

Eyni zamanda, Rusiyaya qarşı yeni sanksiyalarla bağlı danışıqların nə vaxt bərpa olunacağına dair hər hansı açıqlama verilməyib.

Avropa Komissiyası isə seçkilərdə qələbə qazanan partiyanın lideri, Macarıstanın yeni Baş naziri Péter Magyar ilə danışıqlara başlayıb. Təxminən 35 milyard avro həcmində Aİ fondlarının ayrılması bir sıra siyasi və institusional şərtlərin yerinə yetirilməsi ilə əlaqələndirilib.

“Financial Times” nəşrinin məlumatına görə, Brüssel yeni hökumətdən Ukrayna ilə münasibətləri normallaşdırmağı və Viktor Orban hakimiyyəti dövründə dayandırılmış sistemli islahatlara başlamağı gözləyir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
37
47
editor.az

10Mənbələr