“Napoli”nin hücumçusu Romelu Lukaku yaxın günlərdə kluba qayıdacaq, ancaq bu dəfə məqsəd meydanda çıxış etmək deyil, gələcək karyerasını müəyyənləşdirməkdir.
Msport.az xəbər verir ki, belçikalı futbolçunun İtaliyaya dönüşü aprelin 20-nə planlaşdırılıb.
Neapolda keçiriləcək görüşdə klub prezidenti Aurelio De Laurentis, baş məşqçi Antonio Konte və Romelu Lukaku iştirak edəcək. Görüşün əsas məqsədi tərəflər arasında mümkün ayrılıq formulunun müəyyənləşdirilməsidir. Bildirilir ki, Konte futbolçuya rəğbət bəsləsə də, mövcud vəziyyətin uzun müddət davam etməsinə razı olmayacaq.
“Napoli” A Seriyasının 32-ci turundan sonra turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.