ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Livanın prezidenti Cozef Aun bildirib ki, İsrailin hücumları nəticəsində ölkədə 1 milyondan çox insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.
Bizimyol.info xəbər verir ki, bu barədə "Al Araby" telekanalı məlumat verib.
“İsrailin Livana etdiyi hücumlar genişmiqyaslı humanitar fəlakətə səbəb olub və nəticədə milyonlarla insan evlərini tərk etməli olub”, - deyə prezidentin açıqlamasında qeyd edilib.
O, həmçinin vurğulayıb ki, Livana dərhal humanitar yardım göstərilməlidir və “əhalinin köçürülməsinin nəticələri atəşkəsdən sonra da əhəmiyyətli olacaq”.
Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.