AZ

İran sərhəd ticarəti ilə ABŞ ın dəniz blokadası təhlükəsini neytrallaşdırmaq istəyir

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İranın Daxili İşlər naziri Eskəndər Momeni sərhəd vilayətlərinin qubernatorlarına göstəriş verib ki, malların idxal və ixracının fasiləsiz həyata keçirilməsi üçün bütün səylərini səfərbər etsinlər. Bu addım ABŞ-ın mümkün dəniz blokadasının təsirini neytrallaşdırmaq məqsədi daşıyır.

Bizimyol.info xəbər verir ki, bu barədə İslam Respublikası hökumətinin portalında dərc olunan göstərişdə qeyd olunub.

“Qubernatorlar əhalinin həyat səviyyəsinə qarşı düşmən təhdidlərini neytrallaşdırmaq üçün bütün milli və regional resursları səfərbər etməli, həmçinin sərhəd sakinlərinin kooperativləri və digər ictimai strukturlarla əməkdaşlıq edərək sərhəd ticarətini, əsas malların idxalı və məhsulun ixracı da daxil olmaqla, daha da gücləndirməli və inkişaf etdirməlidirlər”, - deyə sənəddə bildirilir.

11 apreldə İslamabadda İran və ABŞ arasında bir neçə danışıqlar raundu keçirilib. İran nümayəndə heyətinə parlament spikeri Məhəmməd Baqer Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Ceyms Devid Vens rəhbərlik edib. Hər iki tərəfin sonrakı açıqlamasına görə, uzunmüddətli konfliktin həlli üzrə razılığa gəlmək mümkün olmayıb. Tehran və Vaşinqton arasında dialoqun perspektivləri qeyri-müəyyəndir. ABŞ 13 apreldən etibarən İrana qarşı dəniz blokadası tətbiq edib.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
38
icma.az

10Mənbələr