İsrail ordusu Livanın cənubundakı strateji əhəmiyyətli şəhər ətrafında əməliyyatları davam etdirir, gecə baş verən yaxın təmaslı döyüşlərdə itkilər var...
Poliqon xəbər verir ki, Livanın cənubunda yerləşən və hazırda İsrail qüvvələri tərəfindən mühasirəyə alınmış Bint-Cübeyl şəhəri uğrunda gedən döyüşlər zamanı 10 İsrail hərbçisi yaralanıb.
İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, ötən gecə baş vermiş yaxın təmaslı döyüş zamanı İsrail Müdafiə Qüvvələrinin (SAXAL) üç əsgəri ağır yaralanıb. Hadisə zamanı daha bir hərbçi orta ağır xəsarət alıb.
Bununla yanaşı, həmin insident nəticəsində daha altı İsrail əsgərinin yüngül yaralandığı bildirilib. Rəsmi açıqlamada qeyd olunub ki, yaralı hərbçilər tibbi yardım göstərilməsi üçün xəstəxanaya təxliyə ediliblər.
Bint-Cübeyl Livanın cənubunda yerləşən və uzun müddətdir hərbi-strateji baxımdan həssas nöqtələrdən biri hesab olunan şəhərlərdən biridir. Şəhər ətrafında döyüşlərin intensivləşməsi bölgədə gərginliyin daha da artdığını göstərir.
Poliqon.info