AZ

Bakı Sumqayıt avtobuslarında sıxlıq niyə artıb? RƏSMİ AÇIQLAMA

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Sumqayıt-Bakı istiqamətində fəaliyyət göstərən ekspress avtobuslarda yaranan sıxlıq problemi bir müddət aradan qalxmışdı, lakin Novruz bayramından sonra vəziyyət yenidən əvvəlki səviyyəsinə qayıdıb. Səhər və axşam pik saatlarında həm sərnişinlər, həm də sürücülər ciddi gərginliklə üzləşir. Belə çıxır ki, əvvəllər həll edilmiş sistem niyə yenidən əvvəlki vəziyyətinə qayıdıb və bu dəyişiklik qəsdən edilirmi?

Məsələ ilə bağlı “BakuBus” MMC-dən “AzPolitika”ya verilən məlumata əsasən, son 2 həftə ərzində qeyd olunan marşrut xətləri üzrə avtobuslararası interval ümumilikdə müəyyən edilmiş qrafik çərçivəsində təmin edilib.

Eyni zamanda qeyd edirik ki, son 2 gün ərzində, xüsusilə pik saatlarda, Bakı-Quba (Rusiya istiqaməti) avtomobil yolunda müşahidə olunan nəqliyyat sıxlığı səbəbindən marşrut xətləri üzrə avtobuslararası intervalda müvəqqəti artım qeydə alınıb.

Yaranmış gecikmələrlə bağlı “BakuBus” MMC-nin rəsmi “Telegram” kanalında operativ məlumatlar paylaşılıb və sərnişinlər mütəmadi şəkildə məlumatlandırılıb.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı da məsələ ilə bağlı fikirlərini saytımızla bölüşüb.

Onun sözlərinə görə, burada qəsdən heç bir addım atılmır: “Çünki sərnişin sıxlığı həmişə mövcud olub və bunun tənzimlənməsi üçün əlavə dəstək məqsədilə ekspress avtobuslar xəttə buraxılıb. Artıq bu ekspress avtobuslarla daşınan sərnişinlərin sayında da ciddi artım müşahidə olunur. Qanunsuz sərnişindaşıma ilə daşınan sərnişinlər də artıq ekspress avtobuslara daha çox maraq göstərir. Ona görə də həmin xətlərdə böyük axın yaranır və nəticə etibarilə avtobuslarda müəyyən sıxlıq müşahidə olunur.

Ekspert qeyd edib ki, bildiyim qədər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən həmin xətlərə əlavə avtobusların cəlb olunması nəzərdə tutulub: “Yeni avtobuslar gətirildikcə, həmin marşrut üzrə avtobusların sayı artırılacaq və sərnişin tələbatına uyğun tənzimləmə həyata keçiriləcək. Bakı-Sumqayıt istiqamətində kifayət qədər sərnişin dövriyyəsi mövcuddur və bunu tənzimləmək heç də asan məsələ deyil”.

Oğuz Ayvaz 

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
azpolitika.info

1Mənbələr