AZ

Sol zolaqdakı maşını sıxışdırıb qəza şəraiti yaratdı 77 VF 202 VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Paytaxtın Binəqədi rayonu, Cavadxan küçəsində yol qayda pozan sürücü qeydə alınıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə aprelin 7-də səhər saatlarında baş verib. Belə ki, 77-VF-202 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü hərəkət zamanı manevr qaydasını pozub. Kadrlardan aydın olur ki, avtobusun dayanması səbəbindən hərəkəti məhdudlaşan sürücü sola manevr edib və bu zaman həmin zolaqdakı avtomobili sıxışdıraraq qəza riski yaradıb.

Qeyd edək ki, qanunvericiliyə əsasən, zolaq dəyişən zaman digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin etmək sürücünün birbaşa vəzifəsidir. Bu kimi hallarda qaydaların pozulması qəza riskini artırır və ən pis halda yol-nəqliyyat hadisələrinə gətirib çıxarır. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
23
avtosfer.az

1Mənbələr