Dominikan Respublikasında son günlər davam edən güclü yağışlar səbəbindən təxminən 30 min insan evlərini tərk edib.
Röyters Agentliyinin məlumatına görə, ölkənin şimal bölgəsində bir aydan çoxdur davam edən yağışlar sel və daşqınlara səbəb olub. Rəsmi məlumatlara görə, üç nəfər həyatını itirib.
Respublika Prezidenti Luis Abinader vəziyyəti ciddi təhlükə kimi qiymətləndirərək beş vilayətdə və paytaxtda fövqəladə vəziyyət elan edib. Hökumət əsas prioritetin insanların həyatını xilas etmək, əmlakı qorumaq və infrastrukturun zərər görməsinin qarşısını almaq olduğunu bildirib.
Rəsmi qurumlar 30 mindən çox evakuasiya, minlərlə daşqın olan ev və zədələnmiş körpülər və yollar barədə məlumat verib. Bölgədəki vəziyyətə təsir edən əsas səbəb isə demək olar ki, fasiləsiz yağışlar və hər yerin artıq su ilə dolmasıdır.
Hava şəraitinə görə güclü yağış və sel riskinə qarşı xəbərdarlıq edilib.
Təhminə VERDİYEVA,
“Azərbaycan”