Bakı.Trend:
Dünya iqtisadiyyatı yeni sınaqlarla üzləşir, belə ki, YaxınŞərqdəki müharibə iqtisadi artımın və inflyasiyanın azaldılmasıprosesinin pozulması təhlükəsi yaradır.
Trend bu barədəBeynəlxalq Valyuta Fonduna (BVF) istinadən xəbər verir.
“Keçən il dünya iqtisadiyyatı ticarət maneələrinin artmasına vədavam edən yüksək qeyri-müəyyənliyə tab gətirsə də, indi YaxınŞərqdəki münaqişə fonunda yeni ciddi sınaqla üz-üzə qalıb.Münaqişənin müddət və miqyas baxımından məhdud qalacağı təqdirdə,qlobal iqtisadi artımın 2026-cı ildə 3,1%-ə, 2027-ci ildə isə3,2%-ə qədər yavaşlayacağı proqnozlaşdırılır”, - deyə BVF qeydedir.
Məlumata görə, 2026-cı ildə qlobal inflyasiyanın cüzi artacağı,bundan sonra isə 2027-ci ildə yenidən azalma trayektoriyasınaqayıdacağı gözlənilir: “Artımın zəifləməsi və inflyasiyanınsürətlənməsi xüsusilə formalaşan bazar ölkələrində və inkişafetməkdə olan iqtisadiyyatlarda daha qabarıq şəkildə müşahidəolunacaq”.
“Proqnozda mənfi risklər üstünlük təşkil etməkdə davam edir.Daha uzunmüddətli və ya daha genişmiqyaslı münaqişə, geosiyasiparçalanmanın güclənməsi, süni intellekt hesabına məhsuldarlığınartımı ilə bağlı gözləntilərin yenidən qiymətləndirilməsi, eləcə dəticarət gərginliyinin yenidən alovlanması iqtisadi artımıəhəmiyyətli dərəcədə zəiflədə və maliyyə bazarlarınısabitsizləşdirə bilər”, - deyə BVF qeyd edir.