İngiltərə Premyer Liqasında gözlənilməz bir yenilik yaşanıb.
Offsideplus.az xəbər verir ki, "Bornmut" klubunun uğurlu baş məşqçisi Andoni Iraola mövsümün sonunda klubla yollarını ayırmağa hazırlaşır.
İspaniyalı mütəxəssis artıq "Bornmut" rəhbərliyi ilə görüşərək bu yay komandadan ayrılmaq niyyətində olduğunu rəsmi şəkildə çatdırıb. Keçən mövsümdən bəri komandaya cəlbedici və hücumameyilli futbol oynadan Iraolanın bu qərarı klub daxilində sürprizlə qarşılanıb.
Iraolanın adı son vaxtlar həm Avropanın bir neçə iddialı klubu, həm də İspaniya La Liqasının nəhəngləri ilə hallanır. "Bornmut" rəhbərliyinin onun yerinə hansı namizədləri nəzərdən keçirəcəyi hələlik məlum deyil.
Qeyd: Andoni Iraola "Bornmut" sükanı arxasında göstərdiyi performansla Premyer Liqada ilin ən yaxşı məşqçisi nominasiyasına namizədlərdən biri kimi diqqət çəkmişdi. Onun gedişi "albalılar" üçün böyük itki hesab olunur.