Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatı təşkil olunacaq.

Turnirə hazırlıqların necə getdiyini öyrənmək üçün federasiya ilə əlaqə saxladıq.

Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musa Offsideplus.az-a bunları söyləyib:

“Hazırlıqlar plana uyğun gedib. Milli komandalar müxtəlif məkanlarda hazırlıq keçiblər. Hər üç komandamız (yunan-Roma, sərbəst və qadınlar) reytinq turnirində çıxış edib”.

O, yalnız bir güləşçimizin turnirdə iştirak edə bilməyəcəyini deyib:

“Zədəli idmançımız yalnız Ülvi Qənizadədir. Fevral ayında əməliyyat olduğu üçün Avropa çempionatında iştirak edə bilməyəcək.

Ondan başqa çempionata əsas heyətimizlə yollanacağıq”.

Qeyd edək ki, Avropa çempionatı aprelin 20-dən 26-na kimi keçiriləcək.