AZ

Pezeşkian: ABŞ İranın qüdrəti ilə barışa bilmir

Xalqcebhesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ administrasiyasının İranı "daş dövrünə" qaytarmaq istəyi barədə bəyanatları, Birləşmiş Ştatların İslam Respublikasının gücü və inkişaf səviyyəsi ilə barışmaq istəmədiyini göstərir.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib.

Onun fikirincə: "Onlar millətimizi və sivilizasiyamızı daş dövrünə qaytarmaq istədiklərini bəyan edəndə, bu o deməkdir ki, onlar İranın inkişafını və qüdrətini qəbul edə bilmirlər."

Pezeşkian qeyd edib ki, ölkəsi beynəlxalq qanunlara riayət edir və bu çərçivədə danışıqlara hazırdır. Onun sözlərinə görə, "bizim haqlarımızı tapdalamaq və istədiklərini etmək" yolverilməzdir.

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
icma.az

1Mənbələr