AZ

Motosiklet sürücüsü sərnişinin saçını dartdı; ölümdən son anda xilas oldular ANBAAN VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Türkiyədə magistral yolda qeydə alınan təhlükəli hadisə diqqət çəkib. 

Avtosfer.az xəbər verir ki, olay TEM şossesinin Ataşehir hissəsində, Ankara istiqamətində baş verib.

Məlumata görə, hadisə aprelin 11-də saat 17:00 radələrində qeydə alınıb. Xüsusi zolaqda hərəkət edən motosikletçi ilə arxasında oturan qadın sərnişin arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı sürücünün qadının saçını dartdığı bildirilir.

Dava əsnasında qadın aldığı zərbələr nəticəsində tarazlığını itirərək motosikletdən yıxılmaq üzrə olub. O, son anda tarazlığını bərpa edərək həm yola düşməkdən, həm də yaxınlıqda hərəkət edən yük maşınının altında qalmaqdan çətinliklə xilas olub.

Hadisə başqa bir motosikletçinin dəbilqə kamerası tərəfindən lentə alınıb. Kadrlarda sürücünün qadına qarşı fiziki hərəkətlər etdiyi, qadının isə tarazlığını itirdiyi anlar aydın görünür. Eyni zamanda görüntülərdən hər iki şəxsin qoruyucu dəbilqə və digər təhlükəsizlik vasitələrindən istifadə etmədiyi də məlum olur.

Hadisədən sonra tərəflər yollarına davam edib və bir müddət sonra magistral yolda gözdən itiblər.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
avtosfer.az

1Mənbələr