Bakı. Trend:
14 aprel tarixində Medianın İnkişafı Agentliyində Monqolustandanolan media nümayəndələri ilə görüş keçirilib.
Trend xəbər verir ki, bubarədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.
Görüşdə Medianın İnkişafı Agentliyinin İcraçı direktorununmüavini Natiq Məmmədli qonaqlara Agentliyin əsas fəaliyyətistiqamətləri, həyata keçirilən layihələr və qarşıya qoyulanprioritetlər barədə məlumat verib. O, jurnalistlərin peşəkarinkişafının dəstəklənməsi, media savadlılığının artırılması vəmüasir çağırışlara uyğun media mühitinin formalaşdırılmasıistiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb.
Monqolustandan olan nümayəndə heyəti isə media subyektləriarasında təcrübə mübadiləsinin genişləndirilməsinin, tərəfdaşlıqəlaqələrinin təşviqi və birgə media layihələrinin həyatakeçirilməsinin vacibliyini qeyd edib, bu məqsədlə qarşılıqlısəfərlərin və görüşlərin təşkili, həmçinin mediaturlarınkeçirilməsinin əməkdaşlığın inkişafına töhfə verəcəyinibildirib.
Görüş zamanı informasiya mübadiləsinin gücləndirilməsi və digəraktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.