Qaynarinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
Silikon Vadisinin aparıcı şirkətlərindən biri olan "OpenAI” San-Fransiskoda qaldırılan iddia ilə bağlı yeni hüquqi mübahisənin mərkəzindədir. Bir qadının açdığı məhkəmə işi ChatGPT-nin yalnız köməkçi alət deyil, həm də insanı reallıqdan uzaqlaşdıra bilən təsir vasitəsinə çevrilə biləcəyi iddialarını gündəmə gətirib.
Qaynarinfo xəbər verir ki, hadisələrin mərkəzində 53 yaşlı bir sahibkarın süni intellektlə intensiv ünsiyyəti nəticəsində qeyri-sabit düşüncələrə sürükləndiyi və onun keçmiş sevgilisi Ceyn Dounun hədəfə çevrildiyi bildirilir. İddialara görə, proses kişi ayrıldığı sevgilisi ilə bağlı problemlərini həll etmək üçün ChatGPT-yə müraciət etdikdən sonra başlayıb.
Sistem tərəfindən verilən cavabların onun şübhələrini gücləndirdiyi, hətta psixoloji xarakterli "peşəkar görünüşlü” lakin saxta qiymətləndirmələr təqdim edildiyi iddia olunur. Bu sənədlərdə Ceyn Dou "emosional qeyri-sabit” kimi təsvir edilərkən, istifadəçinin öz ruhi vəziyyətinin isə "tam sağlam” göstərildiyi bildirilir. Nəticədə sahibkarın "qeyri-adi güclər” tərəfindən izlənildiyinə inamının formalaşdığı qeyd edilir.
İş materiallarında "OpenAI”ın təhlükəsizlik mexanizmlərində ciddi boşluqlar olduğu da iddia edilir. 2025-ci ilin avqustunda sistemin istifadəçinin hesabını "kütləvi qırğın silahları ilə bağlı fəaliyyət şübhəsi” səbəbilə işarələdiyi, lakin hesabın qısa müddət sonra yenidən aktiv edildiyi bildirilir.
Həmin dövrdə istifadəçinin yazışmalarında zorakılıq məzmunlu siyahıların aşkarlandığı iddia olunsa da, əlavə tədbir görülmədiyi qeyd edilir.
Ceyn Dounun təhlükəsizliklə bağlı narahatlıqla şirkətlə birbaşa əlaqə saxladığı, lakin bu xəbərdarlıqlara baxmayaraq konkret müdaxilə edilmədiyi də iddialar arasındadır. Prosesin son mərhələsi isə yanvar ayında həmin şəxsin bomba hədəsi və silahlı hücum cəhdi ilə saxlanılması ilə nəticələnib. Araşdırmalar zamanı onun ruhi vəziyyətinin stabil olmadığı müəyyən edilərək müalicəyə göndərildiyi bildirilir.
Hazırda davam edən məhkəmə prosesi süni intellekt şirkətlərinin məsuliyyəti və təhlükəsizlik siyasətləri ilə bağlı etik müzakirələri yenidən gündəmə gətirib. İddiaçının vəkilləri şirkətlərin kommersiya dəyərinin insan həyatından üstün tutulmamalı olduğunu bildirirlər.
Aydın
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.