AZ

Trampdan Britaniyaya sərt çağırış KONKRET

Konkret.az saytına istinadən ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp sosial media hesabında “Drill, baby, drill” (“Qaz, körpəm, qaz”) şüarı ilə neft hasilatının genişləndirilməsi və yeni yataqların mənimsənilməsinə dair növbəti qalmaqallı çağırışını paylaşıb.

Tramp Avropanın enerjiyə böyük ehtiyacı olduğunu vurğulayaraq, Böyük Britaniyanın Şimal dənizindəki dünyanın ən böyük neft yataqlarını işlətməkdən imtina etməsini “faciə” adlandırıb. O, Aberdin şəhərinin iqtisadi çiçəklənməli olduğunu və Britaniyanın bu potensialdan istifadə etməməsinin qəbulolunmazlığını bildirib.

KONKRET.az xəbər verir ki, Tramp Norveç nümunəsini çəkərək, bu ölkənin Şimal dənizindəki neftini Böyük Britaniyaya ikiqat baha qiymətə sataraq böyük sərvət qazandığını qeyd edib. O, Böyük Britaniyanın enerji resursları baxımından Norveçdən daha əlverişli mövqedə olduğunu iddia edərək, Londonu dərhal qazma işlərinə başlamağa çağırıb. Tramp həmçinin alternativ enerji mənbələrinə də toxunaraq, “Daha külək turbinlərinə son qoyulmalıdır!” ifadəsi ilə yaşıl enerji siyasətinə kəskin etirazını bildirib və Britaniyanın mövcud siyasətini “dəlilik” adlandırıb.

Natiq Səlim,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
konkret.az

2Mənbələr